`İran nüvə sazişinə əməl etmir` - Tramp


13:51     11 Avqust 2017 tramp%20(1).jpg

“İran nüvə sazişinin ruhuna uyğun davranış nümayiş etdirmir”


Femida.az `RİA Novosti`yə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.

O bildirib ki, İranın son davranışları nüvə razılaşmasına ziddir.

Qeyd edək ki, İran və “altılıq” ölkələri arasında Tehranın nüvə proqramı ilə bağlı problemin nizamlanması barədə tarixi saziş 2015-ci ilin iyulun 14-də imzalanıb.

BMT TŞ, ABŞ və Aİ-nin İran üzərindən sanksiyaların götürülməsini nəzərdə tutan birgə hərtərəfli tədbirlər planı 2016-cı ilin yanvarın 16-da qüvvəyə minib.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 785